Azedu.az

Dövlət İmtahan Mərkəzi İKT-nin imkanlarından geniş istifadə edir - AÇIQLAMA

5 Yanvar 2020, 12:35
Dövlət İmtahan Mərkəzi İKT-nin imkanlarından geniş istifadə edir - AÇIQLAMA

İnformasiya-kommunikasiya texnologiyalarını kütləvi proseslərin idarə olunmasına tətbiq edən ilk dövlət qurumu Dövlət İmtahan Mərkəzi (DİM) olub.

AzEdu.az xəbər verir ki, bu barədə mərkəzdən TED.az-ın sorğusuna cavab olaraq bildirilib. 

 Qeyd olunub ki, DİM elektron hökumət quruculuğu sahəsində ən aktiv fəaliyyət göstərən qurumlardan biridir:

"Mərkəz öz işində informasiya texnologiyalarının imkanlarından geniş istifadə edir. Nəzərə almaq lazımdır ki, DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlarda hər il yarım milyondan çox insan iştirak edir. Məhz elektron xidmətlərin bu proseslərə tətbiqi işin öhdəsindən yüksək səviyyədə gəlməyə imkan verir".

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox