Magistraturaya qəbul qaydalarına edilən dəyişikliklər "Magistr" jurnalının çapını səbrsizliklə gözləyənləin sayını artırıb. AzEdu.az-a ünvanlanan sualların əksəriyyəti də elə bununla bağlıdır.
Sual:
"Magistr" jurnalı nə vaxt nəşr olunacaq?
Cavab:
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, "Magistr" jurnalının birinci nömrəsi 2020-ci ilin əvvəlində nəşr olunacaq. Magistraturaya qəbul qaydaları isə təsdiq olunan kimi ictimaiyyətə elan olunacaq.
Xatırladaq ki, jurnal ötən il yanvarın 23-də nəşr olunmuşdu.