Azedu.az

Fərəh Əliyevadan çağırış - Bu müsabiqədə iştirak edin!

27 Dekabr 2019, 10:52
Fərəh Əliyevadan çağırış - Bu müsabiqədə iştirak edin!

“"Yüksəliş" müsabiqəsində müsabiqənin şərtləri çərçivəsində hamını iştirak etməyə çağırırıq”

AzEdu.az-ın məlumatına  görə, bunu "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva deyib.

O bildirib ki, "Yüksəliş" müsabiqəsində şəffaflıq təmin olunacaq.

F.Əliyevanın sözlərinə görə, "Yüksəliş" müsabiqəsi Prezidentin həyata keçirdiyi islahatların tərkib hissəsidir.

"Bu müsabiqə kadr ehtiyatı bankının yaradılmasını təmin edən açıq müsabiqədir",-deyə Fərəh Əliyeva əlavə edib.

Ayşə MÜSEYİB

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox