Azedu.az

Bu gün SAT imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM)

8 Dekabr 2019, 11:13
Bu gün SAT imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilir.

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar.

İmtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: //dim.gov.az/activities/exams/sat/

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox