Azedu.az

DİM bu abituriyentlərlə bağlı daha bir qaranlıq məqama aydınlıq gətirdi

27 Noyabr 2019, 10:08
DİM bu abituriyentlərlə bağlı daha bir qaranlıq məqama aydınlıq gətirdi

 Ötən il məlumatları “Tələbə-məzun” sisteminə daxil edilən subbakalavrların növbəti il bu prosesi yenidən həyata keçirmələrinə ehtiyac yoxdur.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, bu il şəxsi məlumatları “Tələbə-məzun” sisteminə daxil edilməyən subbakalavrlardan universitetlərə imtahansız qəbul üzrə müsabiqədə iştirak etmək üçün təhsil aldıqları kollecə yaxınlaşıb məlumatlarını sistemə daxil etdirmək tələb olunurdu. Əgər məlumatlar sistemə daxil edilibsə, növbəti il bu prosesin yenidən həyata keçirilməsinə ehtiyac yoxdur.

Xatırladaq ki, sənəd qəbulunun vaxtı barədə məlumat veriləcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox