Dövlət İmtahan Mərkəzi və otk.az portalı yeni onlayn sınaq imtahanlarına start verir.
DİM-dən AzEdu.az-a daxil olan məlumata görə, “otk.az” portalında qeydiyyatdan keçib onlayn buraxılış imtahanlarına yazılıb, özünüzə uyğun günün istənilən vaxtı imtahan verə bilərsiniz.
Portalda aşağıda qeyd olunan imtahanların iştirakçısı ola bilərsiniz:
- IX sinif buraxılış imtahanı (I və II mərhələ)
- IX sinif Rus bölməsi üçün Azərbaycan dili imtahanı
- XI sinif buraxılış imtahanı (qəbul imtahanının 1-ci mərhələsi)
- XI sinif Rus bölməsi üçün Azərbaycan dili imtahanı
Xatırladaq ki, buraxılış imtahanları Azərbaycan və rus bölmələri üçün nəzərdə tutulub. İmtahanlar tədris proqramının yanvaradək olan hissəsini əhatə edir.