Fənlər üzrə test topluları mərhələli şəkildə nəşr olunacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Müəllimlərin və abituriyentlərin səbirsizliklə gözlədiyi vəsaitlərin bəzilərinin I hissəsi artıq nəşr olunub. II hissə test topluları da mərhələli şəkildə yaxın zamanlarda nəşr olunacaq.
Xatırladaq ki, 2020-ci ildə keçiriləcək imtahanların dəqiq tarixləri ilin əvvəllərində ictimaiyyətə elan olunacaq.