Bu gün Dövlət İmtahan mərkəzində TOEFLimtahanı keçirilib.
DİM-dən AzEdu.az-a verilən məlumata görə imtahanda 10 nəfər iştirak edib. İmtahan DİM-in inzibati binasında təlimata uyğun şəkildə təşkil olunub. İmtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, növbəti TOEFL imtahanının oktyabrın 26-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: //www.dim.gov.az/activities/exams/toefl/