Azedu.az

Məleykə Abbaszadə: IAEA 2019-un proqramına dövlət qulluğu paneli də daxil edilib

23 Sentyabr 2019, 08:42
Məleykə Abbaszadə: IAEA 2019-un proqramına dövlət qulluğu paneli də daxil edilib

“Biz, Astana Dövlət Qulluğu üzrə Regional Xab tərəfindən dəstəklənən dövlət qulluğu panelini IAEA 2019-un builki proqramına daxil etmişik”.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 23-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik beynəlxalq konfransının (IAEA 2019) rəsmi açılış mərasimində söyləyib.

Xatırladaq ki, sentyabrın 27-dək davam edəcək konfransda 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox