Azedu.az

Tələbə adını qazananlara xəbərdarlıq: Qeydiyyat üçün son 3 gün

24 Avqust 2019, 09:10
Tələbə adını qazananlara xəbərdarlıq: Qeydiyyat üçün son 3 gün

Tələbə adı qazanan şəxslər 2019-cu il avqustun 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini 9 avqustda elan edib.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmə avqustun 15-dən etibarən start götürüb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox