Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 15-dən etibarən aparılır.
AzEdu.az çoxsaylı istəkləri nəzərə alaraq boş qalan və seçim etmək mümkün olan 150 ballıq ixtisasları təqdim edir:
II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq”, “Bitki mühafizəsi”, “Bağçılıq və tərəvəzçilik” ixtisasları və Lənkəran Dövlət Universitetinin “Bağçılıq və tərəvəzçilik” ixtisası üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.