Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, bu gün saat 11:00-a olan məlumata görə, I ixtisas qrupu üzrə ümumilikdə 7213, II ixtisas qrupu üzrə 5529, III ixtisas qrupu üzrə 6966, IV ixtisas qrupu üzrə 2020 nəfər ərizəsini təsdiqləyib. V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 2998 nəfərdir.
Bütün ixtisas qrupları üzrə ümumilikdə 24430 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib.
Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək.