Vətəndaşların qəbulu iyulun 19-da saat 11:00-da Şabran şəhər Heydər Əliyev Mərkəzində (H.Əliyev pros., 60a) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (//eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Xaçmaz Regional Bölməsinə müraciət etmələri (əlaqə telelefonu: 023 325 01 21) xahiş olunur.
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Şabran rayon təhsil şöbəsinə də müraciət edə bilərlər.
Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.