2018-ci ildə ən yüksək keçid balı I–IV ixtisas qrupları arasında I ixtisas qrupu üzrə Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” olub
AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında dərc olunub.
Ən yüksək keçid ballı ixtisasları təqdim edirik:
İxtisaslar
İnformasiya təhlükəsizliyi (BANM, tədris ingilis dilində aparılır)-685 bal
Proseslərin avtomatlaşdırılması mühəndisliyi (BANM, tədris ingilis dilində aparılır)-685 bal
Neft-qaz mühəndisliyi (BANM, tədris ingilis dilində aparılır)-670 bal
Maliyyə (ADİU, tədris ingilis dilində aparılır)-667 bal
Mühasibat uçotu və audit (ADİU, tədris ingilis dilində aparılır)-656bal
Dünya iqtisadiyyat (ADİU, tədris ingilis dilində aparılır)-631 bal
Hüquqşünaslıq (BDU, tədris ingilis dilində aparılır)-673 bal
Hüquqşünaslıq (DİA)-672 bal
Politologiya (DİA)-639 bal
Stomatologiya (ATbU)-657 bal
Müalicə işi (NDU)-614 bal
Stomatologiya (NDU)-610bal
Müalicə işi (ATbU)-609 bal