Bakının Nərimanov rayonu ərazisində yerləşən 200 saylı orta məktəbin qarşısında ali təhsil müəssisələrinə imtahan verməyə hazırlaşan abituriyentlərdən birinin halı pisləşib.
AzEdu.az "Report"-a istinadən xəbər verir ki, yaxınlıqdakı təcili tibbi yardım əməkdaşları tərəfindən dərhal tibbi yardım göstərildikdən sonra abituriyentin vəziyyəti yaxşılaşıb.
Lakin həmin abituriyentin valideynlərinin səs-küy salması digər imtahan iştirakçılarının gərginliyə səbəb olub.
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV qruplar üzrə qəbul imtahanı keçirilir.