Azedu.az

Qəbul imtahanlarında xüsusi texnikadan istifadə olunacaq - SƏBƏB

Dövlət İmtahan Mərkəzi (DİM)

23 İyun 2019, 10:18
Qəbul imtahanlarında xüsusi texnikadan istifadə olunacaq - SƏBƏB

23 iyunda I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında (I və IV qruplar) namizədlərin şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. 

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib.

Texnologiyanın tətbiqində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Texnologiya bəzi imtahan binalarında quraşdırılacaq.

Xatırladaq ki, imtahanda 24.028 abituriyentin iştirakı nəzərdə tutulur.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox