Ölkəmizdə son illər müəllimlərin elmi dərəcə, xüsusilə doktorantura səviyyəsində təhsil almağa marağının nisbətən azalması müşahidə olunur.
Hazırda ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlər arasında doktorantura səviyyəsində ali təhsili olan müəllimlərin sayı neçə nəfərdir?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Elm və Təhsil Nazirliyinə (ETN) sorğu ünvanlayıb.
Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, ümumtəhsil məktəblərində fəaliyyət göstərən 129 628 müəllimdən 85 müəllimin (0.07%) doktorantura səviyyəsində ali təhsili var.