Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 57,0 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 28,4 faizi 40 yaşadək olan şəxslərdir.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2726 nəfərin 563-ü texnika, 550-si iqtisad, 246-sı filologiya, 166-sı tibb, 165-i pedaqogika, 155-i siyasi, 123-ü biologiya, hər birində 110 nəfər olmaqla 220-si hüquq və yer elmləri, 92-si tarix, 84-ü kimya, 79-u riyaziyyat, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.
Doktorantların 134 nəfəri filologiya, 70 nəfəri iqtisad, 65 nəfəri texnika, 58 nəfəri biologiya, 43 nəfəri tibb, 36 nəfəri kimya, 27 nəfəri tarix, 24 nəfəri aqrar, 23 nəfəri hüquq, 18 nəfəri pedaqogika, 16 nəfəri yer elmləri, 15 nəfəri sənətşünaslıq, 13 nəfəri riyaziyyat, 36 nəfəri isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.