Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrinin yüksəldilməsini təmin edir. Doktorantura təhsili ali təhsilin ən yüksək pilləsi olaraq ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalar (hərbi təhsil müəssisələrində adyunkturalar) vasitəsilə həyata keçirilir.
AzEdu.az “Aqrar elmlər” bölməsi üzrə ixtisasları təqdim edir:
Aqrokimya
Aqromühəndislik
Ümumi əkinçilik
Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi
Aqrotorpaqşünaslıq və aqrofizika
Seleksiya və toxumçuluq
Dərman və efir yağlı bitkilər
Bitkilərin mühafizəsi
Bitkiçilik
Meyvəçilik və üzümçülük
Tərəvəzçilik
Subtropik bitkilər
Yem istehsalı və otlaqçılıq
Balıqçılıq
Meşəçilik, meşə quruluşu və meşə taksasiyası
Meşə aqromeliorasiyası, qoruyucu meşələrin salınması və yaşayış məntəqələrinin yaşıllaşdırılması
Bağçılıq
Fitopatologiya
Baytarlıq elmləri (konkret sahə göstərilməklə: heyvan xəstəliklərinin diaqnostikası və terapiyası, heyvanların patologiyası və morfologiyası; baytarlıq mikrobiologiyası, virusologiyası, epizootologiyası, mikotoksikologiya ilə mikologiyası və immunologiyası; baytarlıq farmakologiyası və toksikologiya; baytarlıq cərrahlığı; baytarlıq mamalığı və heyvandarlıq məhsullarının biotexnikası; baytarlıq sanitariyası, zoogigiyena və baytarlıq - sanitar ekspertizası və s.)
Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi, seleksiyası, genetikası və çoxaldılması
Kənd təsərrüfatı heyvanlarının yemlənməsi və yemlərin texnologiyası
Xüsusi zootexniya, heyvandarlıq məhsullarının istehsalı texnologiyası