Azedu.az

Doktoranturaya sənəd qəbulu BAŞLAYIR

Doktorantura

Elm və Təhsil Nazirliyi

12 Aprel 2023, 10:05
Doktoranturaya sənəd qəbulu BAŞLAYIR

12 aprel saat 12:00-dan etibarən ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək. Sənəd qəbulu portal.edu.az üzərindən həyata keçiriləcək.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, proses 16 may 2023-cü il saat 23:59-da yekunlaşacaq.

 

 

“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az  üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili imtahanlarında iştirak edə biləcəklər.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox