Hazırda 168 azərbaycanlı doktorant xaricdə təhsil alır.
AzEdu.az reporta istinadən xəbər verir ki, bunu “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O qeyd edib ki, həmin şəxslər 22 ölkədə təhsilini davam etdirir: "İlk sırada Türkiyə qərarlaşıb (34 %). Doktorantlar əsasən 7 prioritet ixtisas istiqamətində oxuyurlar. 12 doktorantın bu il məzun olacağı gözlənilir".