“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na müraciətlərin qəbulu davam edir.
AzEdu.az xəbər verir ki, proqrama əsasən Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili aşağıdakı prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə maliyyələşdirilir:
1.1. riyaziyyat;
1.2. mexanika;
1.3. astronomiya;
1.4. fizika;
1.5. kimya;
1.6. biologiya elmləri;
1.7. yer elmləri;
1.8. coğrafiya.
2.1. aqrar elmlər.
3.1. tibb elmləri;
3.2. əczaçılıq elmləri;
3.3. səhiyyənin idarə edilməsi.
4.1. texnika elmləri.
5.1. iqtisad elmləri.
6.1. pedaqogika;
6.2. psixologiya;
6.3. təhsilin idarə edilməsi.
7.1. tarix;
7.2. sosiologiya;
7.3. hüquq elmləri.