Azedu.az

Almaniyada doktorantura səviyyəsi üzrə təqaüd proqramına sənəd qəbulu aparılır  

Doktorantura

Xaricdə Təhsil

Elm və Təhsil Nazirliyi

28 Yanvar 2021, 13:06
Almaniyada doktorantura səviyyəsi üzrə təqaüd proqramına sənəd qəbulu aparılır  

Almaniyanın “Hertie” İdarəçilik Məktəbinin 2021-2022-ci tədris ili üzrə elan etdiyi təqaüd proqramına sənəd qəbulu aparılır.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə,  doktorantura səviyyəsi üzrə elan olunan təqaüd proqramının təhsil müddəti üç ildir. Tədris ingilis dilində aparılacaq. Proqramda iştirak etmək istəyənlər yanvarın 31-dək müraciət edə bilərlər.

 

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür.

 

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox