2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün aşağıdakı prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilib.
AzEdu.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün aşağıdakı prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilib:
1.1. riyaziyyat;
1.2. mexanika;
1.3. astronomiya;
1.4. fizika;
1.5. kimya;
1.6. biologiya elmləri;
1.7. yer elmləri;
1.8. coğrafiya.
2.1. aqrar elmlər.
3.1. tibb elmləri;
3.2. əczaçılıq elmləri;
3.3. səhiyyənin idarə edilməsi.
5.1. iqtisad elmləri.
6.1. pedaqogika;
6.2. psixologiya;
6.3. təhsilin idarə edilməsi.
7.1. tarix;
7.2. sosiologiya;
7.3. hüquq elmləri.