Azedu.az

Güclü yağışa görə məktəblər bağlandı

Diaqnostik qiymətləndirmə

24 Oktyabr 2025, 14:59
Güclü yağışa görə məktəblər bağlandı

Türkiyənin İstanbul şəhərində məktəblər bağlanıb.

Azedu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Valiliyi gözlənilən leysan yağışlar nəticəsində yarana biləcək nəqliyyat sıxlığı səbəbindən ikinövbəli rejimdə fəaliyyət göstərən məktəblərin saat 16:00-dan sonra bağlanacağını açıqlayıb.

"Meteorologiya Ümumi Müdirliyinin qiymətləndirmələrinə görə, bu gün günorta saatlarından sonra İstanbulun Avropa tərəfində gözlənilən tufan və yağış nəticəsində yarana biləcək nəqliyyat sıxlığının qarşısını almaq üçün şəhərimizdə ikinövbəli rejimdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçaları, ibtidai siniflər, orta məktəblər və liseylər saat 16:00-dan etibarən bağlanacaq" - deyə valilik bildirib

 

 

Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?
Son xəbərlərDaha çox