Azedu.az

Hamı yüksək bal toplamalıdır? - Uğur hekayələrinin psixoloji TƏSİRİ

Buraxılış İmtahanları

Tələbə və şagird

Psixoloji xidmət

23 Aprel 2025, 11:21
Hamı yüksək bal toplamalıdır? - Uğur hekayələrinin psixoloji TƏSİRİ

Sosial şəbəkələrdə yüksək bal toplayan abituriyentlərin uğur hekayələrinin paylaşılması artıq ənənəyə çevrilib. Bu paylaşımlar bir çox gənci motivasiya etsə də, bəzi hallarda aşağı nəticə göstərən abituriyentlərin psixoloji durumuna mənfi təsir göstərə bilər. 

 

Sosial şəbəkələrdə yüksək bal toplayan abituriyentlərin uğur hekayələrinin paylaşılması aşağı nəticə göstərmiş abituriyentlərin psixoloji durumuna necə təsir edə bilər?


Mövzu ilə bağlı AzEdu.az-a psixoloq Nizami Orucov danışıb.

158707

Onun sözlərinə görə, bu əslində uğura şahid olmaqdan çox, buna şahid olan abituriyentin hansı psixoloji durumda olmasından və uğur anlayışının ailədən necə ötürülməsindən asılı olan bir şeydir:

 

“Elə abituriyent olar ki, onun üçün uğur nisbi anlayış olar, öz çabası, zəhməti haqqında lazımi dəyər anlayışına, güvənə sahib olar, beləcə də şahid olduğu uğuru özündə əksikliyə səbəb olmayacaq formada təqdir etməyi bacara bilər ki, bu, birbaşa ailənin yanaşmasından da asılıdır.


Ailə uşağını davamlı başqası ilə müqayisə edən, uğuru tamamilə həyati bir mənaya bağlayan, ilahiləşdirən, dəyərlər sistemi problemli olan bir ailədirsə, belə ailədən çıxan abituriyent özündə olan aşağı özünüqiymətləndirmə, dəyər ilə özünü əksik hiss edər və başqasının uğurundan pis təsirlənə bilər. Hətta daha da həssas olan şəxslərdə təəssüf ki, özünüqəsdlə də nəticələndiyi olur.


Gələcəyi indiki addımlar, uğurlar müəyyənləşdirsə belə, hər şeyin bunlardan ibarət olmadığını, şəxsi dəyərin belə şeylərlə ölçülmədiyini abituriyentlərə aşılasaq, onlara şərtli şəkildə yanaşmasaq, hər bir halda özləri ilə barışıq halda olarlar və ətrafa da daim dəstəkləyici, yaxşıya yönəlik yanaşarlar”.

Ölkələr birləşdi-Rusiyaya böyük hücum başlayır
Son xəbərlərDaha çox