Dövlət İmtahan Mərkəzi (DİM) bu gün - martın 12-də ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçirir.
AzEdu.az xəbər verir ki, DİM-in məlumatına görə, imtahan keçirilən bölgələr arasında ilk dəfə işğaldan azad olunmuş Zəngilan rayonu da var.
Belə ki, rayonun yaşayış olan yeganən kəndində - Ağalıda şagirdlər buraxılış imtahanı verəcəklər.
Bildirilir ki, imtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır.