Azedu.az

9 və 11-ci siniflər üzrə buraxılış imtahanları BU TARİXLƏRDƏ keçiriləcək+VİDEO

Buraxılış İmtahanları

14 Dekabr 2022, 11:05
9 və 11-ci siniflər üzrə buraxılış imtahanları BU TARİXLƏRDƏ keçiriləcək+VİDEO

 

2023-cü ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının tarixləri açıqlanıb.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Məlumata əsasən, Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 5 və 12 mart tarixlərində keçiriləcək.

 

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə zonalar üzrə 9;16 və 30 aprel tarixlərində təşkil ediləcək.

 

Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı 2 apreldə baş tutacaq. 

 

Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət     edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı 14 may tarixində keçiriləcək. 

 

 Video:

//www.youtube.com/watch?v=PAheMFUusI4

 

 

 

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox