“İmtahanın keçirilmə müddətinin bu qədər uzadılması abituriyentlərə narahatçılıq törədə bilər".
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Səbuhi Abdullayev deyib:
"Fevralda buraxılış imtahanının olması absurddur. Çünki qeydiyyat prosesi ilə bərabər imtahanı çatdırmaq qeyri-mümkündür. Həmin vaxtda buraxılış imtahanının keçirilməsi tələbələr üçün psixoloji problemlərə yol aça bilər. Həmçinin, tədris proqramı ilə bağlı kifayət qədər narazılıqlar doğurar. Bu isə təhsil standartlarına uyğun deyil. İmtahanın keçirilmə müddətinin bu qədər uzadılması abituriyentlərə narahatçılıq törədə bilər"
Ekspertin fikrincə, imtahan qrafiklərinin aydın şəkildə göstərilməlidir:
"İmtahana qeydiyyat prosesinin bir qədər əvvəl olması və imtahanın sonrakı müddətdə təşkil edilməsi bəzi abituriyentlərin vaxtında qeydiyyatdan keçməsi ilə bağlı problem yaradacaqdır. İmtahana yaxın müddətdə qeydiyyatın aparılması daha məqsədəuyğundur Bu da öz növbəsində qeydiyyat prosesinin yaddan çıxmasının qarşısını ala bilər Həmçinin, imtahan qrafiklərinin aydın şəkildə göstərilməsi daha uyğundur. Bu qrafiklərin qarışıq olmamasına yol açacaq”.
İmtahan proseslərinin maydan sonra elan olunması daha məqsədəuyğun hesab olunur:
“Rus bölməsi üçün əlavə Azərbaycan dili imtahanı keçirilir. Ona görə də qrafiklərin əvvəldən təqdim olunması yaxşı olar. Bu, eyni zamanda qeydiyyat prosesinin daha şəffaf olmasına gətirəcək"-deyə o, bildirib.