22-23 aprel 2021-ci il tarixlərində keçirilən buraxılıç imtahanlarının nəticələrinin elan olunacağı tarix açıqlanıb.
AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Məlumata əsasən, 22-23 aprel tarixlərində keçirilən imtahanların nəticələrinin bayramdan sonrakı həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, tam orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələri 6 may tarixində elan olunub.