Azedu.az

2 nəfər imtahana buraxılmadı, 1 nəfər xaric edildi- DİM AÇIQLADI

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

30 Aprel 2021, 15:44
2 nəfər imtahana buraxılmadı, 1 nəfər xaric edildi- DİM AÇIQLADI

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata əsasən, 2 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

 

1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

 

Qeyd  edək ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

 
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox