Proqram fənn kurikulumu üzrə təlim nəticələrinə uyğun olaraq V-XI sinif dərslikləri əsasında hazırlanıb.
Proqram fənn kurikulumunun riyaziyyat fənni üçün müəyyən etdiyi 5(Ədədlər və əməllər, Cəbr və funksiyalar, Həndəsə, Ölçmə, Statistika və ehtimal) məzmun xətti üzrə 12 əsas standartın reallaşdırılması ilə bağlı təlim materiallarını əhatə edir.
AzEdu.az DİM-ə əsasən siyahını təqdim edir:
Ədədlər və əməllər
Cəbr və funksiyalar
Həndəsə
Ölçmə
Statistika və ehtimal
Həqiqi ədədlər
Kompleks ədədlər
Nisbət, faiz, tənasüb
Rasional ifadələr
İrrasional ifadələr
Həqiqi üstlü qüvvət
Ölçmə. Statistikanın elementləri. Çoxluqlar. Birləşmələr nəzəriyyəsinin və ehtimal nəzəriyyəsinin elementləri.
Birdəyişənli tənliklər və tənlik qurmaqla məsələlər həlli
Tənliklər sistemi. Tənliklər sistemi qurmaqla məsələlər həlli
Bərabərsizliklər
Ədədi ardıcıllıqlar, silsilələr
Funksiyalar və qrafiklər
Triqonometrik funksiyalar
Triqonometrik tənliklər. Triqonometrik bərabərsizliklər.
Üstlü və loqarifmik funksiyalar
Üstlü və loqarifmik tənliklər. Üstlü və loqarifmik bərabərsizliklər
Törəmə və onun tətbiqləri
Ən sadə həndəsi fiqurlar. Çevrə
Üçbucaqlar.
Düzbucaqlılar və çoxbucaqlılar
Fiqurların sahəsi
Koordinatlar üsulu.hərəkət.oxşarlıq. vektorlar
Fəzada düz xətlərin və müstəvilərin qarşılıqlı vəziyyəti
Çoxüzlülər, onların səthi və həcmi
Fırlanma fiqurları. Onların səthi və həcmi
Qeyd:proqramda baza olaraq V sinifdən başlayaraq XI(V-XI) sinfin birinci yarımilində tədris olunan təlim materialları əsas götürülür. XI sinfin ikinci yarımilinə aid olan mövzular üzrə imtahanda istifadə ediləcək tapşırıqlar V-X sinif materialları əsasında tərtib ediləcək.