Azedu.az

9-cu sinif üzrə  buraxılış imtahanı 1 mərhələdə keçiriləcək - RƏSMİ

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

29 Yanvar 2021, 12:18
9-cu sinif üzrə  buraxılış imtahanı 1 mərhələdə keçiriləcək - RƏSMİ

"9-cu sinif üzrə buraxılış imtahanları 1 mərhələdə keçiriləcək. Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur”.

 

AzEdu.az-ın məlumatına görə, bunu DİM sədri M.Abbaszadə mətbuat konfransında səsləndirib.

 

“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış bu dəyişiklikləri nəzərdə tutan və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihələri hazırda Nazirlər Kabinetində baxılmaqdadır”.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox