Azedu.az

İmtahandan bir həftə öncə ixtisaslar üzrə bu cür hazırlaşmaq lazımdır-VACİB

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

5 Yanvar 2021, 14:28
İmtahandan bir həftə öncə ixtisaslar üzrə bu cür hazırlaşmaq lazımdır-VACİB

Əksər abituriyentlər imtahan gününədək mövzuları təkrarlayır, kitabdan uzaqlaşmır. Bəs bu prosesdə nəyə diqqət edilməlidir? necə hazırlaşmaq imtahan üçün daha faydalıdır?

AzEdu.az Zemfira Məmmədovanın “Abituriyentin psixoloji hazırlığı” kitabından bu mövzuya aid fikirləri təqdim edir:

İmtahana bir həftə qalır. İxtisas qrupları üzrə imtaha günləri artıq elan edilib. Bunu öyrəndikdə necə həyəcan keçirdiyin yəqin ki, yadındadır.

Adətən, şagirdləri fərdi qaydada imtahana hazırlaşdıran müəllimlər hazırlıq dövrünün son 1 ayını keçilən mövzuların təkrarına həsr edirlər. Hansısa fənnin tam təkrarına vaxtının çatmayacağını hiss edirsən və bu da səni bir tərəfdən narahat edir.

Bunların hamısı imtahan həyəcanının artıq işə düşməsindən xəbər verir. Bütün diqqətini yarımçıq qalmış fənnə yönəldirsən. Gecə-gündüz istirahət bilədən oxuyursan. Aldığın yeganə nəticə isə yalnız beyindəki biliklərin qarışması olur. Yuxarıda sadalanan səbəblər son həftəni çox vacib və həlledici bir həftəyə çevirir. Buna görə də həftəni layiqincə qiymətləndirmək və diqqətli olmaq lazımdır.

İmtahan qabağı təlaşı aradan qaldırmaq üçün uğurların, biliyinin üstün olduğu sahələr və imtahan prosesi ilə bağlı müsbət keyfiyyətlərin haqda düşün. Bu səndə öz qüvvənə inam hissi yaradacaq. İmtahan qabağı həftəni dərslərə mümkün qədər az yer verin. Beyninizi yormayın.

Yuxu saatınızı bir saat artırın. Yuxudan öncə yarım saat axşam gəzintisi edin.  Ümumiyyətlə, bu dövrdə fiziki aktivliyi artırın. Televizordan, ağıllı telefonlardan uzaq durun. İnsan beyni komputerə bənzəyir. Hər bir informasiya müəyyən qədər yer tutur. Və alınan son informasiyalar daha üzdə yerləşir. Biz yaddaşımızı eşələdikcə əlimizə keçən informasiya məhz bu olur və daim “əl-ayağa dolaşır” istədiyimiz məlumatı xatırlamaqda bizə mane olur.

Beləliklə, imtahandan öncəki həftədə görəcəyimiz işləri dəqiqləşdirək:

1)Özümüzü ələ almalıyıq. Təlaş və həyəcana son qoymalıyıq.

2)Diqqətimizi üstünlüklərimizdə cəmləşdirməliyik.

3) Həftəlik iş qrafikimizdə dəyişiklik etməliyik.

4) İstirahətə daha çox yer verməliyik.

5) Artıq məlumatla beynimizi yükləməməliyik.

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox