Azedu.az

 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib -DİM

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

11 İyun 2020, 17:39
 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib -DİM

Rayon və şəhərlərdə iyunun 11-də ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən növbəti buraxılış (qəbul) imtahanlarında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub.

 

AzEdu.az-ın məlumatına görə, DİM-dən bildirilib ki, araşdırmalar nəticəsində müəyyən olunub ki, dünən – iyunun 10-da keçirilən imtahanda 1 abituriyent sual kitabçasını nəzarətçiyə təhvil vermədən özü ilə aparıb, sonra isə kitabçanın şəklini çəkərək sosial şəbəkələrdə yayıb. Həmin imtahan iştirakçısının da kimliyi müəyyən olunub və imtahan nəticələri ləğv olunub.

 

Abituriyentlər nəzərə almalıdırlar ki, imtahan başa çatdıqdan sonra da DİM tərəfindən araşdırmalar aparılır və qayda pozuntularına yol vermiş şəxslərin imtahan nəticələri ləğv olunur.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox