Cari ilin sonlarında keçiriləcək imtahan və tədbirlərin dəqiq tarixləri məlum olub.
AzEdu.az çoxsaylı sualları nəzərə alaraq DİM-in rəsmi saytına istinadən 2019-cu ildə təşkil olunacaq son imtahan və tədbirlərin təqvimini təqdim edir:
25 oktyabr - DİM Direktorlar Şurasının sədri tərəfindən Ağcabədi rayonunda vətəndaşların qəbulu;
26 oktyabr - TOEFL imtahanı;
27 oktyabr – Dövlət qulluğuna qəbulda inzibati vəzifələr üzrə müsabiqənin test imtahanı (B növü);
2 noyabr – TOEFL imtahanı;
24 noyabr - İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanı (A növü);
7 dekabr – SAT imtahanı;
22 dekabr - İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanı (B növü).