Azedu.az

Buraxılış imtahanında zəif  nəticə göstərən şagird X sinfə keçməyə bilər? – Təlaş

7 İyun 2019, 10:55
Buraxılış imtahanında zəif  nəticə göstərən şagird X sinfə keçməyə bilər? – Təlaş

 

Son günlər sosial şəbəkələrdə abituriyentlər arasında bir mövzuyla bağlı suallar yaranıb.

Şagirdlərə IX sinif buraxılış imtahanında topladıqları nəticənin X sinfə keçmək üçün rol oynayıb-oynamadığını qaranlıq qalıb.

Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, X sinfə keçmək üçün buraxılış imtahanının nəticəsinə bal məhdudiyyəti tətbiq olunmur.

Bir sözlə, imtahanda topladığınız baldan asılı olmayaraq təhsilinizi X sinifdə davam etdirə biləriniz.

Xatırladaq ki, növbəti zona üzrə keçiriləcək IX sinif buraxılış imtahanlarının II mərhələsi iyunun 9-da baş tutacaq.

Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK
Son xəbərlərDaha çox