Azedu.az

Buraxılış imtahanından 13 nəfər qovulub -RƏSMİ

Buraxılış İmtahanları

6 İyun 2019, 15:44
Buraxılış imtahanından 13 nəfər qovulub -RƏSMİ

2 iyunda IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanından 13 nəfər  xaric edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

İmtahanda iştirakı gözlənilən 37.670 şagirddən 308 nəfəri imtahana gəlməyib. 13 nəfər imtahan qaydalarını pozduğu üçün imtahan binasından xaric edilib.

Xatırladaq ki, növbəti zona üzrə IX sinif şagirdlər üçün keçiriləcək buraxılış imtahanının II mərhələsi iyunun 9-da baş tutacaq.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox