Azedu.az

II və III qruplar üzrə imtahan verəcək ən yaşlı və gənc abituriyentlər - YAŞLARI  

15 May 2019, 16:57
II və III qruplar üzrə imtahan verəcək ən yaşlı və gənc abituriyentlər - YAŞLARI  

Mayın 19-də II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirakı nəzərdə tutulan  ən yaşlı abituriyentin 56, ən gəncin isə 14 yaşı var.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, dünənki imtahanda iştirak etmək üçün ərizəsini təsdiq edən abituriyentlərdən ən yaşlısı 1963-cı, ən gənci isə 2004-cü ildəndir.

Xatırladaq ki, bütün ixtisas qrupları üzrə ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunda iştirak edən ən yaşlı abituriyentin 59, ən gəncin isə 14 yaşı var.

 

Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK
Son xəbərlərDaha çox