Azedu.az

“Azərbaycan dili” fənni üzrə ikinci imtahanın vaxtı məlum oldu    

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

14 May 2019, 09:12
“Azərbaycan dili” fənni üzrə ikinci imtahanın vaxtı məlum oldu    

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün “Azərbaycan dili” fənni üzrə ikinci imtahana qeydiyyat başa çatır. 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 5-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər bu gün saat 23.59-dək qeydiyyatdan keçməklə (ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki) mayın 26-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak etməlidirlər.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. “Azərbaycan dili” fənni üzrə ikinci imtahan mayın 26-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcəkdir. 

Mayın 5-də keçirilən imtahanda iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan cari ilin 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların birinci imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox