2019-cu ildə keçiriləcək imtahanların tarixləri Dövlət İmtahan Mərkəzi tərəfindən bir neçə müddətdir ki, açıqlanıb.
AzEdu.az DİM-in rəsmi saytına istinadən, mayda təşkil olunacaq imtahan və tədbirlərin təqvimini diqqətə çatdırır:
1-3 may - Bakalavrların jurnalistika üzrə qabiliyyət imtahanı ( Magistratura);
4 may - SAT imtahanı (SAT SUBJECT);
5 may - Elektron ərizələrini 15 mart - 15 aprel saat 23:59-dək təsdiq edən rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı ( 1-ci imtahan, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, orta ixtisas təhsili müəssisələrinə qəbul üçün);
5 may - Ümumi (9 illik) orta təhsil bazasında tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı;
5 may-Tam (11 illik) orta təhsil bazasında tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı;
5 may- İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanı, A növü (Dövlət qulluğu);
8 may- 15 mart - 15 aprel 23:59-dək elektron ərizələrini təsdiq edən, lakin 1-ci imtahanda "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlər üçün "Azərbaycan dili" imtahanına qeydiyyat;
11 may- TOEFL imtahanı;
12 may- I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı;
18 may - TOEFL imtahanı;
19 may- II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı;
20-25 may- Magistratura imtahanına buraxılış vərəqəsinin çap edilməsi (II mərhələ);
26 may - 8 - 14 may tarixlərində qeydiyyatdan keçən abituriyentlər üçün Azərbaycan dili imtahanı (2-ci imtahan);
29 may - 68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı (Magistratura);
30 may - Ərizələrində bakalavr səviyyəsinə qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı.