Azedu.az

Şagirdlər Apelyasiya Komissiyasına nə vaxt müraciət edə bilərlər? -Tarixlər

Buraxılış İmtahanları

24 Aprel 2019, 10:15
Şagirdlər Apelyasiya Komissiyasına nə vaxt müraciət edə bilərlər? -Tarixlər

3 və 10 mart tarixlərində IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub.

Lakin bəzi abituriyentlər sosial şəbəkələrdə cavabların düzgün yoxlanılmamasıyla bağlı narazılıq edirlər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məluamata görə, imtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də 1-3 və 6-7 may tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.

Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər bütün imtahanların nəticələri elan olunduqdan sonra 24-26 və 29-30 aprel tarixlərində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagirdlə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox