Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə ümumilikdə, 17.751 nəfər ərizəsini təsdiq edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Ərizəsini təsdiq edənlərin arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir.
Azərbaycan bölməsində:
I ixtisas qrupu üzrə 6055, rus bölməsi üzrə isə 809 nəfər;
II ixtisas qrupu üzrə 3245, rus bölməsi üzrə isə 512 nəfər;
III ixtisas qrupu üzrə 5156, rus bölməsi üzrə 482 nəfər;
IV ixtisas qrupu üzrə 1140, rus bölməsi üzrə isə 207 nəfər ərizəsini təsdiqləyib.
V qrup üzrə ümumilikdə 10342 nəfər ərizəsini təsdiqləyib.
Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 145 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.