Azedu.az

Qəbul imtahanları bu ərəfələrdə keçiriləcək – Birincisi mayda, ikincisi isə...  

14 Yanvar 2019, 17:13
Qəbul imtahanları bu ərəfələrdə keçiriləcək – Birincisi mayda, ikincisi isə...  

AzEdu.az-ın hər həftə təşkil olanacaq “Edubrifinq”ində müxtəlif qonaqlar iştirak edir.

Layihədə bu dəfə qonaq qismində Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə iştirak edib. O, brifinq çərçivəsində qəbul imtahanlarının tarixləri barədə də məlumat verib:

“Qəbul imtahanlarında abituriyentlərə ötən illərdə olduğu kimi iki şans veriləcək. İxtisas qrupları üzrə qəbul imtahanı may ayında keçiriləcək. Abituriyentlərə ikinci şansın iyunun sonu, iyulun əvvəlində verilməsi nəzərdə tutulub”.

Xatırladaq ki, IX siniflər üzrə buraxılış imtahanlarının birinci mərhələsi mart, ikinci mərhələsi isə iyun ayında keçiriləcək. XI siniflər üzrə buraxılış imtahanları aprelin sonlarında təşkil olunacaq.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox