Azedu.az

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

Bakı Şəhər üzrə Təhsil İdarəsi

17 Oktyabr 2025, 13:01
Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü qeyd olunub.

AzEdu.az  xəbər verir ki, müvafiq dərslər çərçivəsində şagirdlərə Müstəqilliyin Bərpası Günü ilə bağlı məlumat verilib, Azərbaycanın dövlət müstəqilliyinin xalqımız üçün tarixi əhəmiyyətindən, ötən əsrin sonlarında müstəqillik uğrunda aparılan mücadilələrdən, həmin tarixi dövdə baş verən hadisələrdən danışılıb. Bildirilib ki, müstəqillik hər bir xalqın milli kimliyini, onun tarixi və mədəni varlığını təsdiqləyən dəyərdir və bu dəyərlərin qorunması hər kəsin vətəndaşlıq borcudur. Həmçinin vurğulanıb ki, gənclər xalqımızın azadlıq və müstəqillik uğrunda keçdiyi şanlı mübarizə yolunu daha dərindən öyrənməli, müstəqil Azərbaycanın daha da çiçəklənməsinə layiqli töhfələr verməlidirlər.  

Azərbaycanın müstəqilliyinin bərpasının 34-cü ildönümünə həsr olunmuş dərslərdə müstəqillik tariximizdən bəhs edən videoçarxlar nümayiş etdirilib, şagirdlər Vətənə sevgi, torpağa məhəbbət ruhunda şeirlər söyləyiblər.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox