Azedu.az

“Arşın mal alan” operettası məktəblilərin təqdimatında

Bakı Şəhər üzrə Təhsil İdarəsi

13 Oktyabr 2025, 13:20
“Arşın mal alan” operettası məktəblilərin təqdimatında

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin təqdimatında “Arşın mal alan” operettası nümayiş etdirilib. 

AzEdu.az xəbər verir ki, “Dəyərələrimizi qoruyaq” layihəsi çərçivəsində hazırlanan tamaşa Azərbaycan musiqi mədəniyyətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə həsr olunub.

Tamaşanı Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin Tərbiyə məsələləri üzrə iş sektorunun müdiri Qeyrət Şirəliyev, BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Əməkdar artist Anar Heybətov, müəllimlər və valideynlər izləyiblər.

Tamaşada Uşaq-Gənclər İnkişaf Mərkəzinin dram və musiqi dərnəklərinin  üzvləri dahi bəstəkarın ölməz əsərinin qəhrəmanlarını məharətlə canlandıraraq milli musiqi irsimizin, klassik teatr sənətimizin zənginliyini həvəslə nümayiş etdiriblər.

Tamaşaçılar gənc ifaçıların çıxışlarını alqışlarla qarşılayıblar.

Səhnə əsərinin hazırlanmasında əsas məqsəd gənc istedadların yaradıcılıq potensialının üzə çıxarılması, milli-mənəvi irsimizin təbliği və gənclərdə səhnə mədəniyyəti bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. 

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox