Azedu.az

Paytaxt üzrə 2 213 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

Bakı Şəhər üzrə Təhsil İdarəsi

23 İyun 2025, 11:42
Paytaxt üzrə 2 213 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2 213 məzunu tam orta təhsil səviyyəsi üzrə məktəbi fərqlənmə attestatı ilə bitirib.

AzEdu.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Belə ki, tam orta təhsil haqqında fərqlənmə attestatı tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.

Qeyd edək ki, məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.

İsrail DƏHŞƏTLİ HÜCUMA başladı - İran üç istiqamətdə vurulur
Son xəbərlərDaha çox