Azedu.az

Apellyasiya komissiyası fəaliyyətini davam etdirir

Bakı Şəhər üzrə Təhsil İdarəsi

7 May 2025, 11:23
Apellyasiya komissiyası fəaliyyətini davam etdirir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətini davam etdirir.

AzEdu.az xəbər verir ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlərə 5-8 may 2025-ci il tarixlərində saat 09:30-dan 12:30-dək BŞTİ-yə yaxınlaşaraq psixoloqların işə qəbul müsabiqəsinin Apellyasiya komissiyasına müraciət etmək imkanı yaradılıb. Müraciət edənlərin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiqləyən sənədlərini özü ilə gətirməsi vacibdir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərin nəticələri barədə məlumat SMS vasitəsilə namizədlərin əlaqə nömrələrinə göndərilib.

Son Dəqiqə: Hindistan Pakistana hücuma keçdi
Son xəbərlərDaha çox