Azedu.az

Paytaxt məktəblərində maarifləndirici təlimlər davam edir

Bakı Şəhər üzrə Təhsil İdarəsi

29 Aprel 2025, 15:58
Paytaxt məktəblərində maarifləndirici təlimlər davam edir

"Sinifdən liderliyə: tədrisdə innovativ yanaşmalar" və "Fəal interaktiv təlimin fəlsəfəsi" mövzusunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin müəllimləri üçün keçirilən təlimlər davam edir.

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə reallaşan növbəti təlim paytaxtdakı 7 nömrəli tam orta məktəbdə keçirilib.

İctimai Şuranın sədri Hikmət Əlizadə və Şuranın katibi Günay Əkbərova tərəfindən keçirilən təlimdə innovativ və interaktiv tədris metodları, sinif idarəçiliyi, şagirdlərin motivasiyası, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi və təlim prosesində texnologiyaların roluna dair geniş müzakirələr aparılıb.

Təlim zamanı müəllimlərin sualları cavablandırılıb, mövzular ətrafında  qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda təlimdə iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox