Azedu.az

Məktəblilərdən Qarabağın bərpasına dəstək təşəbbüsü

Bakı Şəhər üzrə Təhsil İdarəsi

22 Aprel 2025, 12:16
Məktəblilərdən Qarabağın bərpasına dəstək təşəbbüsü

Paytaxtdakı İ.Əfəndiyev adına Elitar gimnaziyanın Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığı çərçivəsində məktəblilər işğaldan azad edilən Qarabağın bərpasına dəstək göstərirlər.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a məlumat verilib. Bildirilib ki, gimnaziya şagirdləri əl işlərinin satışından əldə etdikləri gəlirləri Qarabağ Dirçəliş Fonduna ianə edərək Qarabağda aparılan bərpa və quruculuq işlərinə öz dəstəklərini nümayiş etdirirlər.

Gimnaziyada keçirilən “Qarabağı birlikdə daha gözəl bərpa edək” adlı sərginin də əsas məqsədi şagirdlərə öz istedadlarını nümayiş etdirmək imkanı yaratmaqla yanaşı, həm də Qarabağla bağlı məlumatlarının artırılmasına, onlarda vətənpərvərlik ruhunun yüksəldilməsinə və ianə mədəniyyətinin təşviq olunmasına xidmət etməkdən ibarətdir.

Sərgidə nümayiş olunan əl işlərinin satışından əldə olunan vəsait işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək vermək məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edilib.

Bu nəcib təşəbbüsü dəyərləndirən Qarabağ Dirçəliş Fondunun rəhbərliyi tərəfindən məktəb təltif edilib və Fondun “İanə sertifikatı” gimnaziyaya təqdim olunub.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
Son xəbərlərDaha çox